Hazırda Azərbaycan dilində 144.761 məqalə mövcuddur.

HSUtvald.svg Həftənin seçilmiş məqaləsi

Taxt oyunları (I mövsüm).jpg
Taxt oyunları (I mövsüm)ABŞ fentezi-dram teleserialı olan Taxt oyunlarının birinci mövsümünün premyerası 17 aprel 2011-ci ildə HBO telekanalında baş tutmuş, mövsümün final seriyası isə 19 iyun 2011-ci ildə yayımlanmışdır. Serialın birinci mövsümü 10 seriyadan, hər seriyası isə təxminən 55 dəqiqədən ibarət olmuşdur. Birinci mövsüm Corc Martin tərəfindən yazılmış “Buz və alovun nəğməsi” seriyasından ilk roman olan “Taxt oyunları” əsəri əsasında çəkilmişdir. Devid Benioff və D.B. Vays tərəfindən roman televiziyaya uyğunlaşdırılmışdır. HBO telekanalı, 2008-ci ilin noyabrında pilot seriyanı sifariş etsə də, çəkilişlərə yalnız növbəti il başlanılmışdır. Lakin, pilot seriya qeyri-qənaətbəxş hesab olunmuş və HBO serialda bəzi rolları yenidən işlədikdən sonra serialı təkrar çəkmək qərarına gəlmişdir. 2010-cu ilin martında HBO ilk mövsümün çəkilməsini sifariş etdi. 2010-cu ilin iyul ayında serialın çəkilişlərinə ilk növbədə Şimali İrlandiyanın Belfast şəhərində başlanılmış, bundan əlavə olaraq çəkilişlər Maltada davam etdirilmişdir.

Serialın hekayəsi uydurma dünyada, ilk növbədə Vesteros adlanan qitədə, daha sonra isə Esteros adlanan digər qitədə bir hekayənin meydana gəlməsi ilə orada baş verir. Serialın ilk mövsümündə zadəgan Eddard Starkın ailəsi, kralının və uzunmüddətli dostunun baş məsləhətçisi olmaq istəyən Robert Barateon diqqət mərkəzindədir. Ned, kralın əvvəlki baş məsləhətçisi Con Arrini kimin öldürüldüyünü tapmağa çalışmalı və onun ailəsini onların rəqibi Lannisterlərdən qorumalıdır. O, Lannisterlər barədə qaranlıq sirlər, onun sələfinin ölümə məruz qaldığının üstünü açır. Eyni zamanda Essosdan sürgün edilmiş keçmiş kralın oğlu Vizeris Taqaryan hələ də hesab edir ki, onun taxt-taca layiqli iddiası var.


(Davamı...)

HS VdQ.svg Həftənin yaxşı məqaləsi

Saxo original 001.jpg
Danların əməlləri — həmçinin "Saksonun Danimarka tarixi" (dan. Saxos Danmarkshistorie) və ya "Saksonun Danimarka salnaməsi" (dan. Saxos Danmarks Krønike) — XII əsr Danimarka tarixşünası Sakson Qrammatikin yazdığı yarı-əfsanəvi salnamə. Əsər Danimarkanın Sorö qəsəbəsindəki bir monastırda yazılmışdır. "Danların əməlləri" Sakson Qrammatikin müəllifi olduğu ən məşhur əsəridir. Salnamə Danimarka tarixinin ən əhəmiyyətli mənbəyi hesab edilir və millətin identikliyinin formalaşmasında böyük rolu olmuşdur. Əsər həmçinin EstoniyaLatviya tarixindən bəhs edən ən qədim sənəddir.

Əsər Danimarka dini xadimi Lund yepiskopu Absalomun sifarişi ilə latın dilində yazılmış on altı kitabdan ibarətdir. "Danların əməlləri" əfsanəvi Kral Danın həyatından başlayaraq 1185-ci ilə qədər Danimarka tarixini, bir qədər də Skandinaviya tarixini təsvir edir. Salnamənin barəsində məlumat verdiyi son mövzu danların indiki Almaniyanın şimalında, Şlezviq-Holşteyn vilayətində yaşayan slavyan xalqı olan vendləri məğlub etməsidir. Əlavə olaraq, salnamə Avropanın orta əsr tarixi barədə skandinav perspektivdən məlumat verir. Əsərin əsas məqsədi mənəvi cəhətdən konstruktiv olmaq və Danimarkanın tarixini şərəfləndirməkdir. Salnamənin ədəbi əhəmiyyəti tarixi əhəmiyyətindən daha yüksəkdir.

(Davamı...)

PL Wiki CzyWiesz ikona.svg Bilirsinizmi...

Vikipediya məqalələrindən
Paddy

HSCommons.svg Günün seçilmiş şəkli

 

PL Wiki Aktualnosci ikona.svg Xəbərlər

Nursultan Nazarbayev February 2017.jpg
  • 1990-cı ildən Qazaxıstan Prezidenti olan Nursultan Nazarbayev (şəkildə) istefa verib.
  • Yerevan məhkəməsi Ermənistanın keçmiş prezidenti Robert Köçəryan barəsində həbs qətimkan tədbirini iki ay daha uzadıb.
  • İspaniya hökuməti hərbçi, dövlət xadimi, generalissimus Fransisko Frankonun nəşinin iyunun 10-da "Həlak olanlar vadisi"ndən ekshumasiya edilərək El-Pardo tarixi iqamətgahında dəfn olunacağını elan edib.
  • Yaşayış keyfiyyəti araşdırmalarına dair Mercer reytinqinə görə, Avstriyanın paytaxtı Vyana 10-cu dəfə yaşamaq üçün dünyanın ən yaxşı şəhəri seçilib.
  • "Google" əməkdaşı olan Emma Haruka Ayvao pi ədədinin ifadə etdiyi rəqəmin dəyərini yenidən hesablayaraq dünya rekordunu qırıb. O, 121 gün ərzində 170 tetrabayt yaddaş və 25 virtual maşından istifadə edərək pi-nin 31 trilyon rəqəmə bərabər olduğunu tapıb.
  • "Biological Conservation" jurnalında dərc edilmiş yeni araşdırmada qeyd olunur ki, həşəratların 40 faizi yox olmaq üzrədir. Həşəratların azalmasının əsas səbəbi kənd təsərrüfatının inkişafı, zəhərli kimyəvi maddələrdən istifadə və iqlim dəyişikliyidir.


Son ölümlər: Dik Deyl, Yuliya Naçalova, Musa Məmmədov, Vladimir Etuş, Lyuk Perri, Kit Flint

HSDagensdatum.svg Tarixdə bu gün — 19 mart

19 mart: Kastrol şirkətinin qurulması, Qumarın leqallaşması
Corc Buş
  • 1861 — Birinci Taranaki Müharibəsi Yeni Zelandiyada sona çatdı.
  • 1899 — Avtomobil yağı istehsal edən Kastrol şirkəti quruldu.
  • 1931 — Qumar ilk dəfə Nevadada leqallaşdırılır.
  • 1944 — Nasist qüvvələri Macarıstanı tutur.
  • 1962 — Əlcəzair Müstəqillik Müharibəsi: Atəşkəs qüvvəyə minir.
  • 1972 — Hindistan və Banqladeş arasında dostluq müqaviləsi imzalanır.
  • 2003 — ABŞ Prezidenti Corc Buş İraqa qarşı müharibənin başlandığını elan edir.
  • Digər günlər: 18 mart19 mart20 mart

    HS Liste.svg Həftənin seçilmiş siyahısı

    Портрет Ягуб-бека с придворными. Альбом Мехмета Завоевателя.png
    Ağqoyunlu hökmdarlarının siyahısıAğqoyunlular oğuzların bayandur boyuna mənsub olublar. Ağqoyunlu hökmdarlarının idarəsi altında imperiya ən qüvvətli dövrlərində şimalda Rusiya, cənubda Küveytə və şərqdə PakistanƏfqanıstandan, qərbdə TürkiyəSuriyaya qədər uzanıb. Ağqoyunlu tayfa ittifaqının əsasını Pəhləvan bəy qoymuşdur. 1401-ci ildə Osman bəyin dövründən başlayaraq Diyarbəkir şəhəri 1468-ci ilə qədər Ağqoyunlu bəyliyinin mərkəzi olmuşdur. 1468-ci ildən isə Uzun Həsənin başçılıq etdiyi Ağqoyunlu imperiyasının mərkəzi Təbriz şəhəri olmuşdur.

    1387-ci ildən 1508-ci ilə qədər Ağqoyunlular 20 hökmdar tərəfindən idarə olunmuşlar. Sultan Yaqubun ölümündən sonra Ağqoyunlular arasında başlayan taxt mübarizəsi ölkənin süqutuna gətirib çıxarmışdır. Gödək Əhmədin ölümündən sonra ölkə Əbhər sülh müqaviləsi ilə Əlvənd mirzəSultan Murad arasında 2 yerə bölündü. 1501-ci ildə Əlvənd mirzəni və 1503-cü ildə Sultan Muradı məğlub edən I Şah İsmayıl tərəfindən 1508-ci ildə Ağqoyunluların hakimiyyətinə tamamilə son qoyuldu. Beləliklə, Ağqoyunluların süqutu ilə onun yerində Səfəvilər imperiyasının əsası qoyuldu.

    (Davamı...)

    HSTools.svg Kömək səhifələri

    Vikimedia Fondunun digər layihələri

    Vikianbar - Fayl sərbəst istifadə edilə bilər.

    Persépolis, Irán, 2016-09-24, DD 64-68 PAN.jpg

    Başqa dillərdə oxuyun